-
- 13-03-2024, 10:52
- 1 009
Xalq artisti Elgiz Əkbərdən niyə incidi?
Martın 10-da Xalq artisti Naibə Allahverdiyevanın yubiley tamaşası keçirilib. Naibə Allahverdiyeva tamaşaya aparıcı Elgiz Əkbəri dəvət etsə də, aparıcı tamaşaya gəlməyib. Elgiz Əkbər öz proqramında Naibə Allahverdiyeva ilə canlı bağlantı quraraq, efirdə ondan üzr istəyib.
News24.az bildirir ki, Lent.az-a açıqlama verən aktrisa incikliyini dilə gətirib.
“Elgizlə biz illərin tanışıyıq. 20 ildən çoxdur bir- birimizi tanıyırıq. İnsan istəyir yaxşı günündə, yaman günündə dostlarını yanında görsün. Elgiz mənə deyir it xəstəydi, onu apardım xəstəxanaya tamaşaya gələ bilmədim. Bu nə cür üzrxahlıqdır? Sən Elgiz məni çağırsaydın, mən iki əlim qanda olsa da, gələrdim. Mənim dostluq anlayışım çox fərqlidir. Söz yox həmin gün tamaşaçılarım məni tək qoymadılar, hətta onlarla insan bilet tapa bilmədiyi üçün tamaşaçı salonuna daxil ola bilmədi. Mən hörmət qoyub dəvət edirəmsə, hörmət qoyub o dəvəti qəbul eləmək lazım idi”,- aktrisa bildirib.