Elgiz  əməliyyat keçirdi - 6 min dollar ödəsə də, səhhətində problem yarandı
    • 27-06-2022, 12:16
    • 1 344

Elgiz əməliyyat keçirdi - 6 min dollar ödəsə də, səhhətində problem yarandı

Aparıcı Elgiz Əkbər burun əməliyyatı etdirib və səhhətində problem yaranıb.

News24.az axşam.az-a istinadən xəbər verir ki, o, bu haqda "Elgizlə izlə" proqramında danışıb. Elgiz bildirib ki, əməliyyatı Türkiyədə olsa da uğursuz alınıb:


"Burnumda problem var idi. Türkiyədə əməliyyat etdirdim və 6 min dollar ödədim. Guya, İbrahim Tatlısəsin yatdığı xəstəxana idi. Qoxu bilmirəm, heç nəyin iyin hiss etmirəm. Ən çox sevdiyim yaz fəslində çiçəklərin iyini hiss etmirəm".