-
- 13-03-2024, 14:46
- 544
ŞOK!!! Ermənilərin gizli laboratoriyası tapıldı: Saxlanılanlar var
Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Çexovda sintetik narkotiklərin istehsalını və satışını təşkil edən Ermənistan vətəndaşlarından ibarət cinayətkar qrupun üzvlərini saxlayıblar.
News24.az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
“Moskva vilayətinin Çexov şəhər dairəsinin ərazisində xüsusilə irimiqyaslı sintetik narkotik vasitələrin istehsalı üzrə ixtisaslaşmış Ermənistan Respublikası vətəndaşlarının yaratdığı cinayətkar qrupun fəaliyyətinin qarşısının alınması məqsədilə əməliyyat keçirilib”, - məlumatda deyilir.
Bundan əvvəl FTX-ya Moskva vilayətində bir neçə qeyri-leqal internet mağazası üçün narkotik vasitələrin istehsalı ilə məşğul olan gizli laboratoriyanın təşkil olunduğu barədə məlumat daxil olub.
“Narkotik laboratoriyanın yerləşdiyi ərazidə Ermənistan Respublikasının üç vətəndaşı cinayət başında saxlanılıb, ən azı 86 kq ağırlığında narkotik mefedron, həmçinin laboratoriya avadanlığı və müxtəlif kimyəvi maddələr götürülüb”, - FTX-dan bildirilib.
Mütəşəkkil cinayətkar qrupun üzvləri müəyyən edilib, Rusiya Federal Təhlükəsizlik Xidməti Cinayət Məcəlləsinin 5-ci hissəsi ilə cinayət işi açıb. Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, saxlanılan şəxslər həbs edilib, onları ömürlük həbs cəzası gözləyir.