-
- 13-03-2024, 14:47
- 224
"İsrailə silah göndərməyi dayandırın"
ABŞ Senatının 7 Demokrat senatoru ilə yanaşı Sanders tərəfindən imzalanan məktub Baydenə Qəzza ilə bağlı edilən siyasi çağırışlara əlavə edilib.
News24.az xəbər verir ki, senatorlar məktubda İsrail administrasiyasının humanitar yardımın Qəzzaya çatmasına mane olduğunu və bunun müvafiq beynəlxalq müqavilələri kökündən pozduğunu vurğulayıblar.
ABŞ-ın üçüncü ölkələrə silah satışında “humanitar yardımı əngəlləyən ölkələr dəstəklənə bilməz” deyən müvafiq qanuna toxunan senatorlar İsrailə silah tədarükünün dərhal dayandırılmasını istəyiblər.
ABŞ administrasiyasının Benyamin Netanyahu hökumətinə silah göndərməsinin Amerika qanunlarına uyğun olmadığını vurğulayan senatorlar Qəzzaya təcili humanitar yardımın çatdırılması lazım olduğunu bildiriblər.
Amerikalı senatorlar məktubda "Federal qanunlar aydındır. Qəzzə böhranının aktuallığı göz qabağındadır. Baş nazir Netanyahunun ABŞ-ın bu məsələ ilə bağlı narahatlığını dəfələrlə görməməzlikdən gəldiyi açıq-aydın görünür. Buna görə də, dəyişiklik etmək üçün təcili tədbirlər görülməlidir” bildirilib.
Günel Məlikzadə