-
- 13-02-2024, 14:28
- 275
"İsraili məhdudlaşdırmaq HƏMAS-ı dəstəkləmək deməkdir"
Katz, X sosial media platformasında İsrailin Qəzzaya hücumlarında mülki itkilərə reaksiya verən ölkələri "İsrailə silah ixracatını dayandırmağa" çağıran Avropa Birliyinin (AB) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell-ə cavab verib.
News24.az xəbər verir ki, “İsrailin Qəzzada fələstinlilərin təhlükəsiz hərəkətini təmin etdiyini və beynəlxalq müharibə qanunlarına riayət etdiyini” iddia edən Katz, HƏMAS-dan çox Qəzzada mülki insanların həyatını düşündüklərini iddia etdi.
Borrelin İsrailə silah ixracını dayandırma çağırışı ilə bağlı Katz, "İsrailin müdafiəsini məhdudlaşdırmaq tələbi yalnız HƏMAS-ı gücləndirəcək. Əmin olun, İsrail HƏMAS-a son qoymaqda qərarlıdır" dedi.
Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Borrell İsrailin Qəzzaya hücumlarında mülki itkilərə reaksiya verən ölkələri "İsrailə silah ixracını dayandırmağa" dəvət edib.
Günel Məlikzadə