Rusiyadan Google-a 4 milyon rubl cərimə
    • 13-03-2024, 14:56
    • 494

Rusiyadan Google-a 4 milyon rubl cərimə

Google-a qarşı açılan işə paytaxt Moskvada baxılıb.

News24.az xəbər verir ki, məhkəmə “YouTube”da bəzi qadağan olunmuş məzmunlara girişin bloklanmadığı üçün qanuna əməl olunmadığına qərar verib. “Google”u 4 milyon rubl məbləğində cərimə ödəməyə məcbur edib.

"Google" əvvəllər də oxşar səbəblərə görə cərimələnmişdi.

Şirkətin Rusiyadakı törəmə şirkəti də maliyyə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün 2022-ci ildə iflas prosesinə başlayıb.

Günel Məlikzadə