-
- 13-03-2024, 23:23
- 548
Bu tarixdən universitet və məktəblər də ləğv ediləcək – ŞOK TƏFƏRRÜATLAR – AÇIQLAMA
Mühasib, pedaqoq, elektroqaynaqçı, aşpaz, qənnadıçı, tornaçı... Bu peşə sahiblərinə gələcəkdə tələbat daha çox olacaq. Müəllim gələcəkdə daha çox tələb olunacaq peşələrdən biridir.
Bəs hazırda ölkəmizdə hansı peşələrə daha çox ehtiyac duyulur? Gələcəkdə populyar və yaxud sıradan çıxacaq peşələr hansı olacaq?
News24.az bildirir ki, mövzu ilə bağlı Ednews-a açıqlamasında Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov bildirdi ki, pandemiyadan sonra dünyada çox ciddi şəkildə dəyişikliklər baş verdi. Onun sözlərinə görə gələcəkdə ixtisaslar daha çox texnologiya üzərində olacaq.
“30 il bundan öncə elə peşələr var idi ki, bunlara tələbat daha çox idi. Məsələn, mühasibatlıq, hüquqşünaslıq, neft-qaz mühəndisliyi, müəllimlik və s. Artıq bu vəzifələri süni intellekt və informasiya texnologiya alətləri yerinə yetirəcək. Memarlıq, dizayn kimi sahələr hər zaman aktual olub, lakin gələcəkdə süni intellekt bu işləri görə biləcək”.
K.Əsədov bildirir ki, 2035-ci ilə qədər dünyada ənənəvi universitet və məktəblər də ləğv ediləcək:
“İnsanlar artıq evlərində distant təhsil ala biləcəklər. 2030-2035- ci ilə qədər dünyada 200-ə yaxın ixtisas və peşə öz əhəmiyyətini itirəcək. Gələcəkdə informasiya texnologiyaları, kompüter elmləri ixisasları ən çox ehtiyac duyulan ixtisas olacaq. Kənd təsərrüfatı, qida mühəndisliyi ilə bağlı olan ixtisaslara maraq ciddi şəkildə artacaq”.
Ekspertin fikrincə, süni intellektin inkişafı gələcəkdə insanlar üçün müsbət hal olacaq:
“Ona görə ki, bir çox məsələlərdə sürəti artıracaq, insanlar vaxtlarını itirməyəcəklər. Süni intellekt həmçinin insan həyatı üçün təhlükəli olan məqamları aradan qaldıracaq və bütün sahələrdə texnoloji olaraq irəliləməsinə gətirib çıxaracaq”.