-
- 14-03-2024, 08:08
- 317
6 bal gücündə zəlzələ oldu
İndoneziya sahillərində Molukka dənizində 6 bal gücündə zəlzələ qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri 451 min insanın yaşadığı Manado şəhərindən (Sulavesi adası) 199 kilometr cənub-şərqdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Sunami təhlükəsi elan olunmayıb.//publika