Xankəndidə həlak olan polislər dəfn edildi – VİDEO
    • 14-03-2024, 14:32
    • 252

Xankəndidə həlak olan polislər dəfn edildi – VİDEO

Martın 13-nə keçən gecə saat 03 radələrində işğaldan azad olunan ərazidə - Xankəndi şəhərində baş vermiş bədbəxt hadisə nəticəsində həlak olan polis əməkdaşları dəfn edilib.

News24.az “Unikal”a istinadla xəbər verir ki, xidməti silahdan ehtiyatsız davranma nəticəsində açılan 1 atəşdən dünyasını dəyişən, işğaldan azad edilmiş əraziyə ezam olunmuş Yardımlı Rayon Polis Şöbəsinin rəis müavini, polis mayoru 1982-ci il təvəllüdlü Ramiz İsmayılov Sumqayıt şəhərində dəfn edilib.

Xatırladaq ki, hadisə ilə bağlı araşdırmalar davam etdirilir.