Bu ölkədə də "qadınlar üçün məcburi hərbi xidmət" olacaq
    • 14-03-2024, 12:54
    • 307

Bu ölkədə də "qadınlar üçün məcburi hərbi xidmət" olacaq

Danimarka qadınları ilk dəfə məcburi hərbi xidmətə cəlb etməyi və hərbi xidmət müddətini uzatmağı planlaşdırdığını açıqlayıb. Danimarka Norveç və İsveçdən sonra bunu edən üçüncü Avropa ölkəsi olacaq.

News24.az xəbər verir ki, Danimarkanın Baş naziri Mette Frederiksen, "Biz müharibə istədiyimiz üçün deyil, müharibədən qorunmaq istədiyimiz üçün silahlandırırıq". 

Qeyd edək ki, Danimarkada qadınlar yalnız könüllü olaraq hərbi xidmətə gedə bilərlər. Hərbi xidmət 18 yaşından yuxarı kişilər üçün məcburidir. Vücuduna görə hərbi xidmətdən imtina edənlərə də mülki xidmət etmək imkanı təklif olunur. Plana əsasən, qadınlar üçün 2026-cı ildən məcburi hərbi xidmətə başlanılacaq. 

Günel Məlikzadə