Ukraynada qadınlar hərbi xidmətə ÇAĞIRILIR?
    • 6-09-2023, 18:14
    • 199

Ukraynada qadınlar hərbi xidmətə ÇAĞIRILIR?

Ukraynada qadınlar oktyabrın 1-dən könüllü olaraq hərbi xidmətə yazıla bilərlər. Eyni zamanda, səfərbərlik məcburi olmayacaq, qadınlar üçün hərbi xidmət könüllü olaraq qalacaq.

News24.az xəbər verir ki, bu barədə RBC-Ukrayna prezidentin Ali Radadakı nümayəndəsi, parlamentin təhlükəsizlik və müdafiə komitəsinin üzvü Fyodor Venislavskinin bəyanatına istinadən məlumat yayıb.

O xatırladıb ki, bəzi hərbi qeydiyyat ixtisaslarına aid olan mülki peşələrin nümayəndələri oktyabrın 1-dən könüllü olaraq hərbi qeydiyyata düşə bilərlər. Eyni zamanda qadın həkimlər və əczaçılar hərbi qeydiyyatda olmalıdırlar.

Venislavski əlavə edib ki, hazırda Ukraynada məcburi qeydiyyatla əlaqədar qadınlar üçün ixtisasların siyahısını genişləndirməyi planlaşdırmırlar.

Akqabay