-
- 26-06-2023, 23:20
- 306
Erməni parlamentindən qərar: Qadınlar hərbi xidmətə çağırılır
Ermənistan parlamentinin növbədənkənar iclasında qadınların könüllü olaraq hərbi xidmətə yazılması sisteminin tətbiqini nəzərdə tutan qanun layihəsi qəbul edilib.
News24.az xəbər verir ki, qanun layihəsinin qəbul edilməsinə 107 deputatdan 64-ü səs verib.
Qeyd edək ki, layihəni təqdim edən Ermənistanın müdafiə naziri Suren Papikyan bildirib ki, 18-27 yaşlı qadınlar hər il martın 1-dən və oktyabrın 1-dək məcburi altı aylıq xidmət üçün müraciət edə bilərlər. Qadınlar üçün təlim bölməsində qadın kontingent xidmət edəcək, bunun üçün qadın batalyonu yaradılır.