-
- 14-03-2024, 19:30
- 1 075
Mərkəzi Bankın ehtiyatları 130,5 milyard dollara çatdı
Türkiyə Respublikası Mərkəzi Bankının həftəlik pul və bank statistikası açıqlanıb.
News24.az xəbər verir ki, 8 Mart tarixinə Türkiyə Mərkəzi Bankın ümumi valyuta ehtiyatları 2 milyard 726 milyon dollar azalaraq 77 milyard 785 milyon dollar olub. Ümumi valyuta ehtiyatları martın 1-də 80 milyard 511 milyon dollar səviyyəsində olub.
Bu dövrdə qızıl ehtiyatları 2 milyard 340 milyon dollar artaraq 50 milyard 408 milyon dollardan 52 milyard 748 milyon dollara yüksəlib.
Mərkəzi Bankın cəmi ehtiyatları 8 Mart həftəsində əvvəlki həftə ilə müqayisədə 386 milyon dollar azalaraq 130 milyard 919 milyon dollardan 130 milyard 533 milyon dollara geriləyib.
Günel Məlikzadə