TCMB-nin ehtiyatları 131 milyard dollara çatdı
    • 7-03-2024, 20:50
    • 652

TCMB-nin ehtiyatları 131 milyard dollara çatdı

Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) həftəlik pul və bank statistikası açıqlanıb.

News24.az xəbər verir ki, 1 mart tarixinə Mərkəzi Bankın ümumi valyuta ehtiyatları 1 milyard 968 milyon dollar azalaraq 80 milyard 511 milyon dollar olub. Ümumi valyuta ehtiyatları fevralın 23-də 82 milyard 479 milyon dollar səviyyəsində olub.

Mərkəzi Bankın cəmi ehtiyatları 1 Mart həftəsində bir əvvəlki həftə ilə müqayisədə 831 milyon dollar azalaraq 131 milyard 750 milyon dollardan 130 milyard 919 milyon dollara geriləyib.

Günel Məlikzadə