-
- 23-04-2019, 18:43
- 1 423
Aktyorluqdan prezidentliyə gedən yol - Vladimir Zelenski
Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zeleniskinin prezidentliyə qədər irəlilədiyi yol.
Vladimir Zelenski ziyalı yəhudi ailəsində doğulub. News24.az xəbər verir ki, keçmiş aktyorun atası kibernetika professoru, anası isə mühəndis olub.
O, ömrünün erkən yaşlarında 4 il Monqolustanda yaşayıb. Buna səbəb isə atasının orada işləməsi olub. V.Zelenski Ukraynada hüquq təhsili alsa da o sahədə işləməyib.
Hazırkı prezident 17 yaşında "Kvartal 95" komediyaçılar dərnəyini qurub və 2003-cü ildən eyni formatda çıxışlar edərək tanınmağa başlayıb. Elə həmin ildən başlayaraq 3 il müddətinə "Kvartal 95" televiziya verilişi ilə ekranlara gəlib. Vladimir Zelenski özünü rəqsdə də sınayıb. O, 2006-cı ildə rəqs yarışmasına qatılıb.
2008-2016 illər ərzində bir neçə filmdə, əsasən də baş rolda çəkilib. O, 2018-ci ildə "Kvartal 95” üzvləri ilə birlikdə "Xalqın xidmətçisi" partiyasını qurub.
V.Zelenski 2018-ci ilin dekabrında prezidentliyə namizədliyini irəli sürüb və bir neçə gün öncə baş tutan seçkilərdə xalqın 70 faiz səsini toplayaraq qalib gəlib.