-
- 14-03-2024, 19:45
- 267
Rusiyadan 227 ABŞ rəsmisinə qadağa
Rusiya Xarici İşlər Nazirliydən verilən yazılı açıqlamada ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını davamlı olaraq genişləndirdiyi bildirilib.
News24.az xəbər verir ki, açıqlamada, 227 ABŞ rəsmisinin qarşılıqlı olaraq Rusiyaya girişinə qadağa qoyulduğu, bu şəxslər arasında Rusiya əleyhinə fəaliyyət göstərən diplomatlar, iş adamları, jurnalistlər və akademiklərin də olduğu bildirilib.
Rusiyanın girişinə qadağa qoyduğu şəxslərin siyahısına ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller və ABŞ-ın Moskvadakı keçmiş səfiri Con Sallivan kimi adlar daxildir.
Günel Məlikzadə