Məşhur aktrisanın cəsədi tapıldı
    • 14-03-2024, 18:00
    • 192

Məşhur aktrisanın cəsədi tapıldı

ABŞ-da 64 yaşlı aktrisa Robin Bernardın meyiti kimsəsiz ərazidə tapılıb.

News24.az xəbər verir ki, bu barədə ABŞ mediası məlumat yayıb.

Məlumata görə, məşhur amerikalı aktrisa Robin Bernardın cəsədi San Jacinto şəhərində bir iş yerinin arxasındakı boş ərazidə tapılıb. 64 yaşında dünyasını dəyişən aktyorun cəsədində barmaq izləri aşkarlanıb.

Bernardın ölüm səbəbi müəyyən edilməyib.

Bernard 80-ci illərdə "Diva", "The Facts Of Life", "Simon & Simon" və "Tour of Duty" kimi teleseriallarda kiçik rollarla özü üçün aktyorluq karyerası qurdu. 1963-cü ildə yayıma başlayan " General Hospital " serialına 1984-cü ildə qoşulan Bernard 1990-cı ilə qədər 145 seriyada Terri Brok rolunu canlandırıb.

Bernard sonuncu dəfə 2002-ci ildə "Orta məktəbdən gələn səslər" filmində psixoloq rolunu oynayıb. 

Mehriban Mirzəzadə