Məşhur aktrisa vəfat etdi
    • 1-11-2021, 16:38
    • 1 012

Məşhur aktrisa vəfat etdi

Türkiyənin tanınmış kino və serial aktrisası, ssenarist Semra Dinçer vəfat edib. 

News24.az “CNN Türk”-ə istinadən xəbər verir ki, iki ildir xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa bu gün günorta saatlarında dünyasını dəyişib. 

Semra Dinçer 25 iyul 1965-ci ildə Ankarada anadan olub. O, 42 film və serialda rol alıb, bunlardan 7-nin ssenarisini yazıb. Sonuncu dəfə “İstanbullu Gəlin” serialında Reyhan Sezgin rolunu canlandırıb.

Aktrisa əsasən "Quzey Güney" serialındakı rolu ilə məşhurlaşıb.

Qeyd edək ki, Semra Dinçer sonuncu filmi Azərbaycanın iş xanımı Ruhi Əliyevanın təşəbbüsü ilə “Liatris Yapım”ın ərsəyə gətirdiyi “Ağır romantik” olub.  

Həmçinin S.Dinçer sonuncu dəfə Türkiyənin TV8 kanalında yayımlanan "Kırmızı oda" serialında çəkilib.