Gənc oğlan atasının sinif yoldaşını döyə-döyə öldürdü — CİNAYƏT İŞİ
    • 14-03-2024, 22:00
    • 227

Gənc oğlan atasının sinif yoldaşını döyə-döyə öldürdü — CİNAYƏT İŞİ

Quba rayonunda 1993-cü il təvəllüdlü Şöhrət Mursəliyev tanışı, 1966-cı il təvəllüdlü  Zeydulla Əziziovu qətlə yetirib. 

News24.az xəbər verir ki, Demokrat.az-ın əldə etdiyi məlumata görə, Quba rayon sakini Şöhrət 22 avqust 2021-ci ildə, təxminən saat 18.00-dan 24:00-a kimi olan müddət ərzində həmkəndlisi və qonşusu Pərvizlə birlikdə Quba rayonu, Gültəpə kəndi ərazisindən keçən Ağçay çayının sahilində yerləşən kafedə spirtli içki olan pivə qəbul edərək sərxoş vəziyyətə düşüb. 

Daha sonra avqustun 23-ə keçən gecə saat 1 radələrində həmkəndlisi ilə kafedən çıxaraq evlərinə qayıdarkən, yolda onlarla eyni kafedə spirtli içki içib sərxoş vəziyyətə düşən digər həmkəndliləri Zeydulla ilə rastlaşıblar.  Onlar yollarına birlikdə davam edərkən, Quba-Tüləkəran yolunun Gültəpə kəndindən keçən hissəsində Zeydulla onu evinə yola salmaq istəyən Şöhrətin özünün və ailə üzvlərinin ünvanına heç bir səbəb olmadan nalayiq ifadələr işlədib, əli ilə boğazından tutaraq zor tətbiq edib. 

Bu hərəkətlərdən hiddətələnən Şöhrətlə Zeydulla arasında mübahisə yaranıb və sərxoş vəziyyətdə olan hər iki şəxs qarşılıqlı dava dalaş ediblər. Şöhrət Zeydullanın sifətinə yumruq və şillə zərbələri vurub. Zeydulla da ona qarşı zor tətbiq etməyi davam edərək bir-biri ilə yaxalaşıblar. 

Daha sonra Şöhrət Zeydullanı onun bədəninin sol tərəfi üstə daş parçaları olan nahamar yerə yıxaraq ona xəsarətlər yetirib. Bu xəsarətləri alan Zeydulla vəfat edib. 

Hadisəni törədən Zeydullanın barəsində Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Şöhrət ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, zərərçəkmiş şəxs Zeydulla onun həmkəndlisi olub, onunla münasibəti çox yaxşı olub: “Zeydulla mənim atam ilə eyni orta məktəbdə oxuyub. Bacım Təranə isə Zeydullanın qızı Esmira ilə sinif yoldaşı olub. Zeydullanın mənim atamı ilə münasibəti yaxşı olub. Ailəm ilə Zeydullagilin ailəsi arasında hər hansı problem, ədavət və düşmənçilik olmayıb. Zeydulla həddindən artıq çox spirtli içki qəbul edərək tüfeyli həyat tərzi keçirib. Adətən spirtli içki içərək sərxoş vəziyyətə düşərək kənddə gəzib”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, 22 avqust 2021-ci ildə öz evlərinin həyətində işlədikdən sonra saat 18 radələrində Gültəpə kəndindən keçən Ağçay çayının kənarında yerləşən Tülər kəndindən olan Araz adlı şəxsin işlətdiyi kafeyə gedib: “Həmin kafenin adı olmayıb. Hamı “Arazın kafesi” kimi tanıyıb. Evdən çıxıb ora gedərkən qonşumuz Pərvizlə rastlaşdımş. Birlikdə kafeyə pivə içməyə getdik. Biz kafedə Pərvizlə pivə içən zaman həmkəndlilərimiz Babək, İsmayıl və Rahid də oraya gəldi və eyni masa arxasında əyləşdik. Bir müddət sonra oraya meyxanaçılar gəldi və musiqi səsləndi. Kafedə təxminən 15 bokal pivə içdik və çox sərxoş vəziyyətə düşdük. Saat 22 radələrində Zeydulla da kafeyə gəldi. O, tək idi, gələrkən artıq sərxoş vəziyyətdə olub. Zeydulla kafedə masa arxasında tək əyləşərək bir neçə bokal pivə içdi. Pivə içdikdən sonra özünü təlxək kimi aparmağa başladı, biədəb formada rəqs etdi. Babək Zeydullanı onun hərəkətlərinə görə çölə çıxartdı. Lakin Zeydulla yenidən geri dönərək qeyri-ciddi hərəkətlər etməyə davam etdi. Bu dəfə Zeydullanı kafedən çölə özüm çıxartdım. Bu zaman çöldə Zeydulla məni təhqir etdi və ünvanıma nalayiq sözlər dedi. O, da buna əhəmiyyət vermədən kafeyə qayıtdı və pivə içməyə davam etdi. Kafedə oturanlar bir neçə dəfə Zeydullanı çölə çıxartsalar da, o yenidən geri qayıtdı. Kafe bağlanadan sonra evə gedərkən kafedə olan müştərilərdən biri mənə Zeydullanın kafenin aşağısında yatıb qaldığını və onu götürüb aparmağı dedi. Pivənin hesabını verib çölə çıxan zaman Zeydullanın kafedən 20 metr aralıda kol-kosun içindən 2 nəfər tanımadığı, lakin Tülər kənd sakinləri olduqlarını bildiyim şəxslər tərəfindən çıxarıldığını gördüm. Mən də Pərvizlə köməkləşərək Zeydullanı yol ilə kəndə tərəf apardım”.

Şöhrət deyib ki, həmin vaxt Zeydulla onun anası, atası və bacısının ünvanına təhqirlər işlətməyə başlayıb: “mən də əsəbiləşərək Zeydullanın qolunu buraxaraq ondan aralandım. Özüm qabaqda, Pərviz və Zeydulla isə arxada olmaqla kəndə tərəf getdik. Pərviz Zeydullanın qoluna girərək ona hərəkət etməyə köməklik göstərdi. Zeydulla isə yenə də arxamca atam, anam və bacımın ünvanına nalayiq sözlər işlətməyə davam etdi. Zeydullanın nalayiq ifadələrini eşitsəm də, özümü güclə saxlayaraq ona cavab verməməyə çalışdım. Bu zaman Zeydulla arxadan  yaxınlaşaraq boğazıma əl atdı. Mən də artıq əsəblərimi cilovlaya bilməyərək Zeydullanın sağ göz nahiyəsindən bir dəfə yumruqla zərbə endirdim. Lakin Zeydulla  boğazımdan buraxmayaraq əli ilə mənə zərbə endirdi. Mən də yenidən bir dəfə şillə ilə Zeydullanın sifətinin sol tərəfinə zərbə vurdum. Lakin Zeydulla yenə də məni buraxmadı. Nəticə də yenidən Zeydullaya bir dəfə də şillə ilə zərbə endirərək onu itələdim və ikimiz də çiyni üstə yerə yıxıldıq. Zeydulla məni yerdə də buraxmadı. Nəticədə təpiklə bir dəfə Zeydullanın sol ayağının arxa hissəsindən zərbə endirdim. Sonra kənara çəkilib dayandım. 5-6 dəqiqə sonra Zeydulla yıxıldığı yerdə yuxuya gedib yatdı. Zeydullaya zərbə endirməkdə məqsədim onu özümdən uzaqlaşdırmaq və valideynlərimi təhqir etməsi səbəbindən onu cəzalandırmaq olub. Həmin vaxt yanımızda yalnız həmkəndlisimiz Pərviz olub. Pərviz həmkəndlilərimiz Zahidin evinin qabağına keçərək onu çağırdı və Zeydullanın sərxoş olduğunu deyərək onu oradan götürməyi xahiş etdi. Zahid Zeydullaya yaxınlaşaraq nə olduğunu soruşdu. Zeydulla isə heç bir şey olmadığını, yıxıldığını və onu evə aparmamasını, arvadının bu barədə biləcəyi təqdirdə onu döyəcəyini dedi. Səhər saat 5-ə kimi orada Zeydullanın evlərinə getməsini gözlədik. Lakin sonuncu yıxıldığı yerdə qalıb yatdı. Gözləməkdən yorulduğum üçün öz evimizə getdim. Pərvizlə Zahid isə Zeydullanın yanında qalaraq gözlədilər. Bu müddət ərzində Zeydulla yatıb qalmışdı”. 

Şöhrət qeyd edib ki, avqustun 23-də, günorta saat 12 radələrində bağlarında odun yığmaqla məşğul olub, başqa işi olmadığına görə sonra Xaçmazdakı evinə gedib: “2 gün sonra Zeydullanın qızı mənim bacım ilə söhbətləşərkən atasının vəziyyətinin pis olduğunu, xəstəxanaya yerləşdirildiyini bildirdi. Atamgildə yanına tez-tez gedib baş çəkdi. Avqustun 30-da atamdan Zeydullanın öldüyünü eşitdim”. 

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Şöhrətin əməli Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsinə tövsif edilib. O, 4 il müddətə azadlıqdan məhrum edilib. 

Hökmdən narazı qalanm prokuror apellyasiya protesti verib. Prokuror Şöhrət Mürsəliyevin Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü məhkəmənin gəldiyi nəticələrin düzgünlüyünə təsir göstərən sübutlar və məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar nəzərə alınmadan ona qarşı Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə irəli sürülmüş ittihamın həmin məcəllənin 126.1-ci maddəsinə tövsif edildiyi hissədə əsassız və qanunsuz olduğundan ləğv edilməsini, verilmiş ittiham həcmində Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə təqsirli bilinərək cinayət qanunvericiliyin normalarına uyğun olaraq ona azadlıqdan məhrum etmə cəzası təyin edilərək yeni ittiham hökmü çıxarılmasını xahiş edib. 

Prokurorun şikayəti araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. Prokurorun prtestini araşdıran hakimlər heyəti sonda qərar elan ediblər. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ləğv edilib və prokurorun protesti əsasında yeni ittihamedici hökm çıxarılıb. Yeni hökmə əsasən, Şöhrət Mürsəliyevə 9 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunub.