-
- 15-03-2024, 11:52
- 261
60 min hektar ərazi minalardan təmizlənəcək
2024-cü ildə işğaldan azad olunmuş ərazilərdə 60 min hektar ərazinin minalardan təmizlənməsi planlaşdırılır.
News24.az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı təqdim edərkən deyib.
Onun sözlərinə görə, 2023-cü ildə ümumilikdə 53,1 min hektar ərazi minalardan təmizlənib.
Baş nazir bildirib ki, ümumiyyətlə martın 1-dək 123 mindən artıq hektar minalardan təmizlənib.