Seda Sayan 7-ci ərindən də boşandı? - FOTO
    • 15-03-2024, 22:33
    • 165

Seda Sayan 7-ci ərindən də boşandı? - FOTO

Məşhur müğənni və aparıcı Seda Sayan özündən 25 yaş kiçik sevgilisi Çağlar Ötkendən ayrılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

News24.az publikaşaz-a istinadən xəbər verir ki, sənətçi bu barədə "Star TV"də yayımlanan verilişində danışıb.

Əsl adı Aysel Gürsaçer olan Seda Sayan evləndikdən sonra adının qarşısına əlavə edilən Ökten soyadını rəsmi prosedurlarda yaşadığı problemlərə görə məhkəmə qərarı ilə çıxarıb. Sayan boşanma iddiasını təkzib edib:

"Belə bir şey yoxdur. Bunu haradan çıxarırsınız? Hamımızın ailəsi var. Baxın sizi buna görə ürəkdən söyürəm. Rahatlaşıram. 2 illiyimizi qeyd edəcəyik. Hələ bir-birimizə "Məndən uzaqlaş" deməmişik. Həmçinin eşqimizi hamı görür. Bu sevgidən nə istəyirlər? Belə şeylər etməyin. Ölürsünüz də".

Qeyd edək ki, Çağlar Ötken Sedanın 7-ci əridir.