Seda Sayanın yeni ərindən 3 yaş kiçik oğlu toya bu səbəbdən gəlməyibmiş
    • 27-04-2022, 13:26
    • 2 980

Seda Sayanın yeni ərindən 3 yaş kiçik oğlu toya bu səbəbdən gəlməyibmiş

May ayında Praqada evlənməyi planlaşdıran Seda Sayan və Çağlar Ökten ötən axşam Swissotel The Bosphorus-da evlənib.

News24.az-ın Türkiyə mediasına istinadla verdiyi xəbərə görə, mərasimlə bağlı təfərrüatlar üzə çıxıb. Ötən gün Türkiyə televiziyasında qonaq olan Seda Sayan toyda  anası və bacısının xəstəliyi səbəbindən toyda iştirak edə bilmədiyini, bacısı oğlunun yanında olduğunu deyib. O, eyni zamanda toyun Praqada olmamasına da aydınlıq gətirib. Bir çox dostunun viza problemi olduğu üçün toyun Praqada olması fikrindən daşındıqlarını deyib.  Toyla bağlı maraq doğuran faktlardan biri də Seda Sayanın oğlunun toyda iştirak etməməsi olub. Bəydən 3 yaş kiçik olan Enginin evlilikdən narahat olduğu üçün toya qatılmadığı iddia edilib.

Çağlar Öktenin valideynləri və Seda Sayanın anası yayıma video mesaj göndərərək cütlüyə xoşbəxtlik arzulayıblar.