Mingəçevirdə sahibsiz atlar küçələrdə dolaşır - VİDEO
    • 15-03-2024, 20:33
    • 221

Mingəçevirdə sahibsiz atlar küçələrdə dolaşır - VİDEO

Son günlər Mingəçevirdə küçədə atlar peyda olub.

News24.az "Unikal"a istinadla bildirir ki, sahibsiz atlar əsasən Ş.İ.Xətai və Heydər Əliyev prospektində görünürlər. Sakinlərinin sözlərinə görə, atlar yaxınlıqda dolaşan  insanlara, o cümlədən azyaşlı uşaqlara təhlükə yaradırlar, abadlaşan əraziləri yararsız hala salırlar.

Məsələ ilə bağlı şəhərin Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsindən sorğumuza cavab olaraq bildirildi ki, idarənin əməkdaşları sahibsiz atları onlara zərər vurmadan kənar ərazilərə qovmağa çalışsalar da, da atlar yenidən küçələrə dönür. Hazırda at sahiblərinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.