"Qarabağ" Qurban Qurbanovla müqaviləni uzatdı

"Qarabağ" Qurban Qurbanovla müqaviləni uzatdı
İDMAN / Foto

11-05-2022, 17:06

Mətn ölçüsü

"Qarabağ" klubu baş məşqçisi Qurban Qurbanovun müqavilə müddətini uzadıb.

News24.az "köhlən atlar"ın rəsmi saytına istinadən xəbər verir ki, yeni anlaşmaya əsasən, 50 yaşlı mütəxəssis daha 3 il Ağdam təmsilçisinin baş məşqçisi olacaq.

Qeyd edək ki, Qurban Qurbanov 2008-ci ildən "Qarabağ"ın baş məşqçisidir. Qurbanov bu müddət ərzində komanda ilə 8 dəfə Azərbaycan çempionu olub, 4 dəfə ölkə kubokunu qazanıb. "Köhlən atlar" ardıcıl 8 dəfə avrokubokların qrup mərhələsinə də vəsiqə qazanıb.