Gürcüstanın Baş naziri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdi
    • 16-03-2024, 11:54
    • 196

Gürcüstanın Baş naziri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdi

Gürcüstan Baş naziri İrakli Kobaxidze martın 16-da Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

News24.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.