Fransa və Almaniya Ukraynada silah zavodu tikəcək
    • 16-03-2024, 12:20
    • 116

Fransa və Almaniya Ukraynada silah zavodu tikəcək

Fransa və Almaniya Ukrayna ərazisində silah istehsalı zavodu tikmək niyyətindədirlər. 

News24.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

"Almaniya və Fransa Ukrayna daxilində silah istehsalına başlayacaqlarını bildirdilər, çünki Avropa İttifaqının iki ən böyük iqtisadiyyatının liderləri aralarındakı fikir ayrılıqlarının blokun Kiyevə kifayət qədər dəstəyi səfərbər etməsinə mane olacağı qorxusunu aradan qaldırmağa çalışırdılar ", - məlumatda qeyd olunub.

Qeyd olunur ki, Rusiya Silahlı Qüvvələrinin hücumu fonunda Ukrayna qoşunları çarəsiz dərəcədə sursat qıtlığı yaşayır.

Bildirilir ki, nə Almaniya kansleri Olaf Şolts, nə də Fransa lideri Emmanuel Makron gələcək müəssisə haqqında ətraflı məlumat verməyiblər, lakin agentliyin yazdığı kimi, alman silah istehsalçısı Rheinmetall AG fevral ayında Ukraynada artilleriya istehsalı üçün yeni sursat zavodu açacağını bəyan edib.  

Xatırladaq ki, daha öncə Şolts bildirmişdi ki, Ramşteyn formatı çərçivəsində Ukraynanı uzaqmənzilli silahlarla təmin edəcək koalisiya yaranacaq.

Mehriban Mirzəzadə