Soyuq hava 60 nəfərin həyatına son qoydu
    • 16-03-2024, 14:25
    • 225

Soyuq hava 60 nəfərin həyatına son qoydu

Əfqanıstanda son 23 gündə əlverişsiz hava şəraitinin qurbanlarının sayı 60-a çatıb.

News24.az xəbər verir ki, bu barədə “Tolo News” telekanalı məlumat yayıb.

Məlumata görə, hava şəraiti səbəbindən daha 34 nəfərin həyatı təhlükə altındadır. 

Qeyd edək ki, bu müddət ərzində 1600-dən çox ev dağıdılıb, 177 min başdan çox mal-qara tələf olub. Ölkə həmçinin güclü qar yağması səbəbindən Bamiyan, Qor, Sari-Pul, Nuristan və Fərəh əyalətlərində Salanq keçidi ilə gediş-gəlişi və bəzi magistral yollarda nəqliyyatın hərəkətini məhdudlaşdırıb.

Mehriban Mirzəzadə