-
- 16-01-2023, 20:00
- 223
Əfqanıstanda 20 nəfər soyuqdan öldü
Əfqanıstanda son bir neçə gün ərzində soyuq hava şəraiti və qar nəticəsində azı 20 nəfər ölüb, 70 nəfər xəstəxanaya yerləşdirilib.
News24.az-ın “Tolonews” telekanalına istinadla verdiyi xəbərə görə, ölkədə istilik və sığınacaq şəraiti olmadığı üçün qış aylarında insan ölümü artır.
Temperatur mənfi 20 dərəcəyə düşdüyü üçün 4 min iribuynuzlu heyvanın tələf olduğu, bir neçə min hektarlıq kənd təsərrüfatı sahəsi yararsız hala düşdüyü bildirilir.
Qəndəhar vilayətinin səhiyyə rəsmiləri bildiriblər ki, şəhər və rayonlarda soyuq hava şəraiti ilə əlaqədar azı 1100 nəfər xəstəxanaya yerləşdirilib və müalicə olunur.
Həmçinin, soyuq hava səbəbindən bir çox rayonlarda minlərlə hektar kənd təsərrüfatı sahəsi və yüzlərlə istixana da zərər görüb.