-
- 17-03-2024, 12:06
- 1 187
Yusif İldırımzadənin polkovnik qardaşı məhkəməyə VERİLDİ
Təqaüddə olan polkovnik məhkəməyə verilib.
News24.az "Unikal"a istinadla xəbər verir ki, İldırım Rasim Əli oğlu mülki hüquq pozuntuları ilə əlaqədar Məmmədov Bəhruz Əfruz oğlu tərəfindən məhkəməyə verilib. Məhkəmə prosesi Bakı Apellyasiya Məhkəməsinin hakimi Akif İsgəndərovun sədrliyi ilə keçiriləcək.
Xatırladaq ki, Rasim İldırım Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Polis İdarəsinin rəis müavini olub, polis polkovnikidir.
Qeyd edək ki, Rasim İldırımın bir qardaşı Xətai rayonunun keçmiş prokuroru Yusif İldırımzadə, digər qardaşı isə ləğv olunmuş "Əmrah" Bankın təsisçisi Yunus İldırımzadədir.
Rasim İldırım əsasən Beynəlxalq Universitetin kecmiş rektoru Elşad Abdullayevin onunla çəkdiyi video görüntü ilə gündəmə gəlmişdi.