Ramil Usubov Bəylər Eyyubovun qardaşı oğluna yüksək vəzifə verdi
    • 25-07-2018, 11:12
    • 4 030

Ramil Usubov Bəylər Eyyubovun qardaşı oğluna yüksək vəzifə verdi

Daxili işlər orqanlarında yeni təyinat olub.

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı müvafiq əmrlə Rövşən Eyyub oğlu Eyyubov Su Nəqliyyatında Polis İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Bu təyinata qədər R. Eyyubov Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, Rövşən Eyyub oğlu Eyyubov Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğludur.

//Bizimyol.info