-
- 17-03-2024, 15:46
- 248
Rusiya səfiri Rumıniya XİN-ə çağırıldı
Rusiyanın Buxarestdəki səfiri Valeri Kuzmin Rumıniya qızılı ilə bağlı şərhlərə görə Rumıniya Xarici İşlər Nazirliyinə çağırılıb.
News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, martın 14-də Avropa Parlamenti “Rusiya tərəfindən qanunsuz olaraq mənimsənilmiş Rumıniya milli sərvətlərinin geri qaytarılması haqqında” qətnamə qəbul edib. Rusiya səfirliyi Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın “Rumıniyanın Üçüncü Reyxlə birlikdə SSRİ-yə hücum etdiyini” bildirən və Buxarestin Moskvaya olan borclarının silindiyini xatırladan bəyanatı ilə cavab verib.