Rumıniya Türkiyədən 18 ədəd "Bayraktar" alacaq
    • 1-09-2022, 20:20
    • 267

Rumıniya Türkiyədən 18 ədəd "Bayraktar" alacaq

Rumıniya Türkiyədən 300 milyon dollar dəyərində 18 ədəd "Bayraktar" alacaq.

News24.az xəbər verir ki, bu barədə Rumıniya Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, avqust ayının əvvəlində parlamentdən silahlı qüvvələrdə istifadə olunan silahların modernləşdirilməsi çərçivəsində Rumıniya quru qüvvələri üçün ümumilikdə 18 ədəd "Bayraktar" TB2 pilotsuz təyyarəsinin alınması üçün tender prosedurunu təsdiqləməsi üçün müraciət edib.