-
- 17-03-2024, 17:09
- 4 434
TƏCİLİ!! Xalq artistinin vəziyyəti ağırlaşdı
“Qafqaz əsiri və ya Şurikin yeni macəraları” filmində Nina obrazını canlandıran Xalq artisti Natalya Selezneva xəstəxanaya yerləşdirilib.
News24.az Publika.az-a istinadla xəbər verir ki, 78 yaşlı sənətçiyə ikitərəfli pnevmoniya diaqnozu qoyulub.
Xalq artisti üç gündür xəstəxanada olduğunu bildirib:
“Virus infeksiyasına yoluxdum. Xəstəxanada olmağım yaxşıdır, çünki məni evdə bu vəziyyətdən çıxarmazdılar".
O, nə vaxt evə buraxılacağının bəlli olmadığını qeyd edib.