-
- 18-03-2024, 12:36
- 270
92 qeyri-qanuni mühacir tutuldu
Muğlanın Bodrum rayonunda Sahil Təhlükəsizlik Komandanlığına martın 16-da saat 07.10 və 20.48-də Bodrum sahillərində rezin qayıq və yelkənli qayıqda qeyri-qanuni mühacirlərin olması barədə məlumat daxil olub.
News24.az xəbər verir ki, qruplar hərəkətə keçərək qeyri-qanuni yollarla xaricə getməyə cəhd edən 28-i uşaq olmaqla ümumilikdə 92 qeyri-qanuni immiqrantı yaxalayıb.
Sahilə çıxarılan qeyri-qanuni immiqrantlar Türkiyə İl İmmiqrasiya İdarəsi Müdirliyinə təhvil verilib.
Günel Məlikzadə