-
- 18-03-2024, 13:16
- 435
Türkiyədə azarkeşlər futbolçulara HÜCUM ETDİ
Futbol üzrə Türkiyə çempionatının 30-cu turunun “Trabzonspor” – “Fənərbağça” matçı azarkeşlərin və futbolçuların iştirakı ilə kütləvi dava ilə yekunlaşıb.
News24.az xəbər verir ki, hadisə final fitindən dərhal sonra baş verib. “Trabzonspor” azarkeşləri tribunadan qazona enərək mərkəz dairədə qələbəni qeyd edən “Fənərbaxça” futbolçularına hücum edib.
Futbolçulardan bəziləri tribunaların altındakı otağa tərəf qaçıblar, bu zaman tribunadan onlara yad əşyalar atılıb.
Xatırladaq ki, bu, Türkiyədə baş verən ilk futbol qalmaqalı deyil. Ötən ilin dekabrında Ankaragücü klubunun prezidenti matçdan dərhal sonra hakimə hücum edərək yerli futbol federasiyasını ölkədəki bütün oyunları qeyri-müəyyən müddətə təxirə salmağa vadar etmişdi. Bu qalmaqaldan sonra hakimə hücum edən şəxs polis tərəfindən saxlanılaraq futbol klubunun prezidenti vəzifəsindən istefa verib.