Futbol maçında dəhşət - 2 nəfər öldü, 10 nəfər yaralandı
    • 31-08-2019, 13:26
    • 645

Futbol maçında dəhşət - 2 nəfər öldü, 10 nəfər yaralandı

ABŞ-ın Alabama ştatında futbol maçından dərhal sonra cinayətkar insanlara hücum edib.

Güllələnmə nəticəsində 10 nəfər yaralanıb, 2 nəfər isə dərhal ölüb.  News24.az NBC 15 News-a istinad olaraq xəbər verir ki, Mobilə şəhərində axşam saatında keçirilən futbol oyunundan sonra güllələnən şəxslər 15-18 yaş arasında olublar. Dərhal yaralılar xəstəxanalara aparılıb. 4 nəfərin durumu kritik hesab olunur. Atəş açan şəxsin yanındakılar ona mane olublar.

Beləcə daha çox insanın zərər çəkməsinin qarşısı alınıb. Qeyd edək ki, futbol yarışı iki lisey arasında keçirilirmiş.

Afaq Mirayiq