-
- 18-03-2024, 16:45
- 286
Azyaşlı qız diş həkimində öldü
Rusiyanın Leninqrad vilayətinin Vsevolojsk rayonunda kiçik qız stomatoloji klinikaya gələrək dünyasını dəyişib.
News24.az xəbər verir ki, bu barədə Rayon İstintaq Komitəsinin regional idarəsindən verilən məlumatda qeyd olunub.
Məlumata görə, hadisə martın 17-də günorta saatlarında Kudrovo şəhərinin Leninqradskaya küçəsində baş verib.
Altı yaşlı xəstə huşunu itirəndən sonra özəl klinika əməkdaşları tərəfindən həkimlər çağırılıb. Onu həyata q1aytarmaq mümkün olmayıb.
Təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi ilə bağlı iş açılıb.
Mehriban Mirzəzadə