-
- 6-03-2024, 16:47
- 185
Dörd yaşlı qız 20 astma həbi içdi, XƏSTƏXANALIQ OLDU
Rusiyanın Krasnodar vilayətində dörd yaşlı qız 20 astma həbi içərək zəhərlənib.
News24.az xəbər verir ki, bu barədə “ The Black Sea ” Telegram kanalı məlumat yayıb.
Məlumata görə, hadisə Tuapse rayonunun Olginka kəndində baş verib. Bildirilir ki, böyüklərin nəzarətsizliyi nəticəsində uşaq bronxial astmaya qarşı həblər tapıb və onları udub.
Qız üçün təcili yardım çağırılıb. Həkimlər uşağın mədəsini yuyub, sonra onu tibb müəssisəsinə aparıblar. Azyaşlının vəziyyəti ilə bağlı hələlik məlumat yoxdur.
Mehriban Mirzəzadə