-
- 18-03-2024, 17:40
- 226
NATO-nun baş katibi Gürcüstana gəldi
NATO-nun baş katibi Yens Stoltenberq Tbilisiyə gəlib.
News24.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Stoltenberqi hava limanında xarici işlər naziri İlya Darçiaşvili və Gürcüstanın NATO-dakı səfiri Viktor Dolidze qarşılayıb.
“Saat 14.50-də hökumət administrasiyasında Gürcüstanın baş naziri İrakli Kobaxidze ilə NATO-nun baş katibi Yens Stoltenberq arasında görüş olacaq, bundan sonra mətbuata birgə bəyanatlar veriləcək”, - mətbuat xidmətinin məlumatında deyilir.
Qeyd edək ki, Stoltenberq prezident Salome Zurabişvili ilə də görüş keçirməyi planlaşdırır.
Mehriban Mirzəzadə