-
- 16-03-2024, 14:10
- 257
NATO-nun baş katibi Ermənistana gedir
NATO-nun baş katibi Yens Stoltenberq Cənubi Qafqaza səfəri çərçivəsində martın 19-da İrəvana səfər edəcək.
News24.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.
Məlumata görə, o, Ermənistan prezidenti Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla görüşəcək.
Qeyd edək ki, Stoltenberqin səfəri martın 17-də Azərbaycana səfərlə başlayacaq və orada ölkə prezidenti İlham Əliyevlə görüşəcək. O daha sonra martın 18-də Stoltenberq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla danışıqlar aparacaq.
Həmin gün NATO-nun baş katibi Tbilisiyə səfər edəcək. Orada o, Gürcüstan prezidenti Salome Zurabişvili və baş nazir cənab İrakli Kobaxidze ilə görüşəcək. Daha sonra o Gürcüstana səfərrinin ardınca Ermənistana yola düşəcək.
Mehriban Mirzəzadə