Trabzonda yol çökdü
    • 18-03-2024, 19:45
    • 153

Trabzonda yol çökdü

Sürüşmə nəticəsində meydana gələn çökmədən sonra magistral nəqliyyata bağlanarkən, görülən işlərlə yol birtərəfli qaydada nəqliyyatın hərəkətinə açılıb.

News24.az xəbər verir ki, ötən gündən etibarən Of-Hayrat şosesində aparılan işlər zamanı yolda sürüşmə baş verib.

Həmin vaxt yolda maşın olmadığından xəsarət alan olmayıb.

Birtərəfli və köməkçi yollardan idarəli şəkildə nəqliyyatın hərəkətinə açılan yolda divar tikintisi işləri davam edir.

Günel Məlikzadə