-
- 11-03-2019, 17:33
- 1 378
REPORTAJ: Bibiheybət yolunun hazırkı vəziyyəti - FOTO - VİDEO
Ötən ildən başlaraq Bayıl ərazinsində sürüşmə intensivləşib.
Bu hal sürüşmə ərazisində yerləşən yollara da təsir edir. Yolların sürüşməsi nəticəsində kifayət qədər ciddi ziyan görməsi həmin yollardan istifadə edən sürücülərin və sərnişinlərin işini çətinləşdirir. Alternativ yollardan istifadə isə insanların axşam saatlarında işdən çıxdıqları zaman tıxacların yaranmasına gətirib çıxarır. Bu da sürücülər və sərnişinlər arasında ciddi narazılıq yaradır.
Sürüşmə baş verən yollardan biri də “Bibiyehbət” məscidi istiqamətindən şəhərə gedən yoldur. Bir həfətədən çoxdur ki, həmin sürüşmə baş verən yolda təmir-bərpa işləri aparılır.
News24.Az-ın reportyor qrupu sözügedən əraziyə yollanıb, hadisə ilə bağlı bəzi detalları öyrənib. Sürüşmə baş verən ərazidən ərazidə olduğumuz zaman müşahidə etdik ki, təhlükə olduğu üçün sürüşmənin baş verdiyi yol təmir olunur. Yolda təmir işləri aparıldığı üçün avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Yəni, sürücülər alternativ yoldan istifadə edir.
Hadisə baş verən ərazidə olduğumuz zaman xeyli ciddi əziyyət çəkdik. Təmir işləri aparılan ərazidə hər tərəf tozanağa qərq olmuşdu. Bizdə bundan nəsibimizi aldıq. Çəkiliş zamanı xeyli əziyyətlə qarşılasaq da istəyimizdən dönmədik. Onu da qeyd edək ki, Bayıl ərazisində sürüşmə baş verən ərazilərdə yaşayış evlərinin və binaların tikilməsi qadağandır. Amma ərazidə olduğumuz zaman baş verən ərazidə hündürmərtəbəli binaların tikildiyinin şahidi olduq. Bəlkə də sürüşmə ərazisində yaşayış binalarının tikilməsi yolların da ziyan görməsinə səbəb olur.
Məsələ ilə bağlı “Avtoyolserviz” ASC mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli News24.az-a açıqlama verib:
"Ərazidə yerləşən hardasa 300-350 metrlik yolun üzərində kiçik həcmli sürüşmə xarakterli deformasiyalar əmələ gəlib. Onun nəticəsində catlar meydana gəlmişdi. Həmçinin müəyyən hissədə, asfalt örtükdə deformasiyalar yaranmışdı. Hazırda onun aradan qaldırılması istiqamətində addımlar atılır. Qeyd edim ki, orada yol inşa olunarkən dəmir beton küveytlər nəzərə alınmamışdı. Amma hazırda bizim tərəfimizdən küveyt hissələrinin qurulması prosesi aparılır".
Sonda A. Nəcəfli bir həftə ərzində işlərin yekunlaşacağını bildirib:
“Bayram günlərinə kimi təmir-bərpa işlərinin bitməsi planlaşdırılır. Təmir işləri yekunlaşdıqdan sonra həmin istiqamət üzrə hərəkət tam bərpa olunacaq”.
Sevinc YASİNQIZI
Video: Fərid ŞABANOV