-
- 24-04-2019, 16:00
- 6 719
İnsanı 40 günə məhv edən bəla: quduzluq - AKTUAL MÖVZU
Dövlət Baytarlıq Xidməti: “Biz yalnız sahibli itlərə vaksin vururuq”
İDEA Heyvanlara Qayğı Mərkəzi: “Quduzluqla bağlı xəbərlər insanları vahiməyə salır”
Bir neçə gün öncə Sulutəpədə quduzlaşmış itin uşağın üzünü parçalaması xəbərihər kəsin təşvişinə səbəb olub. İnsanlar o həddə çatıb ki, küçədə it görəndə ya qorxudan yollarını dəyişirlər, ya da onları daşlayırlar. Mediada dəfələrlə sahibsiz itlərlə bağlı mövzu gündəmə gəlsə də, problem aradan qaldırılmayıb. Tez-tez belə qanqaraldıcı xəbərlərin şahidi oluruq.
Bəs buna səbəb nədir, yaxud heyvanlarda quduzluğun əlamətlərini bilmək mümkündürmü? Bu təhlükəni hiss edən insan necə davranmalıdır?
News24.az bu mövzu ilə bağlı yaranan suallara aydınlıq gətirib.
Arayış:
Səhiyyə Nazirliyindən xəbərdarlıq!
Səhiyyə Nazirliyindən verilən məlumata görə, 2018-ci il ərzində heyvan dişləməsi və cırmaqlamasından 20 mindən artıq şəxs zərər çəkib. 2019 -cu ilin ilk üç ayı ərzində 5 minə yaxın şəxsdə bu cür hal qeydə alınıb. Heyvanlar tərəfindən cırmaqlama, zədə, dişləmə quduzluq kimi, ağır infeksion xəstəliklə nəticələnə bilər. Quduzluq xəstəliyi zoonoz mənşəli, ölümlə nəticələnən yoluxucu xəstəlikdir. Bu xəstəliklə bütün istiqanlı heyvanlar, xüsusən, canavar, tülkü, it, pişik və s. yoluxur. Xəstəlik insana dişləmə, cırmaqlanma və heyvanın ağız suyu vasitəsilə keçə bilər. Quduzluq xəstəliyinin törədiciləri süzülən viruslardır. Xəstəliyin törədiciləri əksərən baş və onurğa beyin sinirlərində və tüpürcəkdə tapılır. Quduz heyvan tərəfindən dişlənən və ya onların tüpürcəyi insanın dərisində təsadüf edilən sıyrılmış, zədələnmiş yerə düşən zaman xəstəlik baş verə bilər. Xəstəlik yüz faiz ölümlə nəticələnir.
Quduzluğun epidemioloji xüsusiyyətləri bunlardır: insanların yoluxmasında əsas mənbə itlərdir, buna yoluxanlar isə əsasən azyaşlılardır. Xəstələrdə zədələnmənin lokalizasiyasının orqanizmin təhlükəli hissəsində olması üstünlük təşkil edir: baş, əl və əl barmaqları nahiyəsi, insanların aerofobiyaya yoluxması və tələf olmasının səbəbi quduzluğa yoluxmuş heyvanların mövcudluğu və zərərçəkmiş şəxsin vaxtında tibb müəssisəsinə antirabik kömək almaq üçün müraciət etməməsidir, yaxud olduqca gec müraciət etməsidir. Xəstəliyin inkubasiya dövrü 14 gündən 3 aya qədərdir Səhiyyə Nazirliyi mövzunun aktuallığını nəzərə alaraq vətəndaşları ehtiyatlı olmağı, hər hansı bir heyvan tərəfindən dişləmə, tüpürcəklənmə və ya cırmaqlanma baş verdiyi halda dərhal həkimə müraciət etməyi və antirabik vaksinini vaxtında vurdurmağı tövsiyə edir.
“Əvvəllər quduzluq vaksini olan tələlər var idi...”
İllərdir sahibsiz itlərin problemləri ilə məşğul olan İDEA Heyvanlara Qayğı Mərkəzinin (IACC) direktoru Surxay Şükürov bildirdi ki, mərkəzin təməli 2014-cü ildə Heydər Əliyev Fondunun Vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən qoyulub: “İctima təşkilat tamamilə pulsuz fəaliyyət göstərir. Sahibsiz heyvanlarla bağlı bütün xidmətlər pulsuzdur, klinikamızda baytar həkimlər günün birinci yarısında qısırlaşdırma, axtalama işləri aparır. Axtalanma ona görə aparılırır ki, itlərin çoxalmasının qarşısı alınsın. Eyni zamanda, onlara quduzluq peyvəndi vurulur. Bugünədək 2500-ə qədər it, 4000-ə yaxın pişikdə qısırlaşdırma əməlliyatı olunub. Eyni zamanda, gün ərzində vətəndaşlar tərəfindən yaralı, xəstə heyvanlar gətirilir, həmin heyvanları müalicə edirik, reabilitasiya edirirk. Quduzlaşmış itlərlə mübarizə məsələsinə isə dövlət təşkilatları baxır.
Düzdür, dövlət təşkilatları profilaktika üçün sahibsiz itlərə quduzluq iynəsi vurmur. Amma bir neçə il bundan qabaq rayonlarda tülkülərə quduzluq vaksini olan tələlər quraşdırılırmışdı. Bununla quduz heyvanlar aşkara çıxarılırdı, amma indi bu, yoxdur.
O üzdən, təəssüf ki, Bakıda ara-sıra itlərin quduzlaşması halları olur, belə hallardan biri də bu yaxında baş verdi. Belə halların çox olmasa da, bu, camaatda vahimə yaradır. Buna görə də heyvanlara qarşı münasibət pisləşib. Amma it öz-özünə quduzlaşmır. Bu, bir virusdur ki, rayonlarda vəhşi heyvanlardan keçir. Bunun qarşısının alınması üçün vaksinlər vurulmalıdır. Bununla Baytarlıq Xidməti Məşğul olur. Amma fəaliyyət göstərdiyimiz iki ildə bizə bir dəfə də olsa quduz itlə bağlı məlumat daxil olmayıb”.
“Sahibsiz itlərə nəzarət yoxdur... “
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli isə bildirir ki, onlar yalnız sahibli itlərə vaksinlərin vurulmasını həyata keçirirlər: “Bu ilin ilk günlərindən etibarən ölkə ərazisində epizootik tədbirlər planına uyğun olaraq sahibli itlərin quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbirlərinə start verilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti bu dövr ərzində quduzluq xəstəliyinə qarşı 207850 baş itdə (o cümlədən 377 baş sahibsiz it) peyvəndləmə tədbiri aparıb. Hal-hazırda Dövlət Baytarlıq Xidməti sahibli itlərin quduzluq xəstəliyinə qarşı peyvəndləmə tədbirlərini ardıcıl davam etdirir. Biz peyvəndləmə, vaksinasiya işlərinə baxırıq. Digər səlahiyyətlər Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə həvalə olunub. Biz sahibli itlərin vaksinasiyasını aparırıq. İlin sonuna kimi 250 mindən çox it vaksinasiya edəcəyik.
Qeyd edim ki, vaksinlər vurulduqda itlərdə bir il ərzində quduzluğa yoluxma halı qeydə alınmır. O ki qaldı, sahibsiz itlərə, onlara heç kim nəzarət etmir. Bakı şəhər Komunal Təsərrüfatı Birliklərinə yaşayış məntəqələrinin sakinləri müraciət edir, həmin itləri tutub sığınacağa aparırlar. Təəssüf ki, sığınacaqlar çox azdır. Çox olsa, əlbəttə, küçə itləri də peyvəndə cəlb olunar”.
Itin quduz olduğunu necə bilmək olar?
Y.Xanvəli aldıqları xoşagəlməz xəbərlərə rəğmən insanların heyvanlara aqressiv yanaşmamalı olduqlarını da qeyd elədi: “İnsanların qarşısına it çıxanda o dəqiqə onun quduz olduğunu düşünməsinlər. Onlara mehriban davransınlar. Ola bilər o heyvan heç quduz deyil, onu aqressivləşdirməsinlər. Sakitcə, heyvanı qıcıqlandırmadan, daş atmadan yanından keçib getmək lazımdır. O ki qaldı quduz olub –olmadığını bilməyə, bunu kənardan müşahidə etməklə anlamaq mümkün deyil. İt əgər insana hücum edirsə, şübhəsiz burada narahatedici hal var. Yalnız laboratoriya vasitəsilə müəyyən edilir ki, bunda quduzluq var, yoxsa yox... Amma xəstəliyin yüksək həddi 12 saatdan 3 günə qədər davam edir. Bu dövrdə it öz sahibinə daha çox mehribanlıq göstərir, bəzən isə hissiyyatsız olur, qaranlıq küncdə uzun müddət sakit oturur, artıq bu dövrdə itin ağız suyunda virus əmələ gəlmiş olur. Sonra tədricən narahatlıqlar başlayır. İt səbəbsiz olaraq bir yerdən digər yerə qaçır, toxunma və səsdən qorxur. Tədricən udma aktı çətinləşir, ağızdan selik axır, sidik və nəcis ifrazı çətinləşir. Bundan sonra onda oyanıqlıq müşahidə olunur. İt müxtəlif yad cisimləri gəmirir və udur. Bəzən yoluxmuş heyvanlar səbəbsiz uzun məsafələrə qaçır, bu zaman heç bir maneəyə məhəl qoymur. Həddən artıq aqressivləşirlər, hər şeyə hücum edirlər. O qəfildən insan və heyvanlara hücum edərək onları dişləyir. Qəfəsdə olan zaman dəmir və taxtaları gəmirir, dişlərinin qırılması və dilinin zədələnməsini hiss etmir. Sonra sinir tutmaları yaranır, gövdə üzərində müxtəlif qrup əzələlərin iflici inkişaf edir. Bu dövrdə çəpgözlülük, alt çənənin aşağı sallanması, dilin xaricə çıxması müşahidə edilir. İtlərdə çeynəmə və udma aktı tamamilə pozulur, hürmə xırıltılı olur. Bu mərhələ 3-4 gün davam edir, sonra paralitik mərhələyə keçir. Bu dövrdə iflic artır, heyvan tez- tez komatoz vəziyyətə düşür və tələf olur”.
Qeyd edək ki, sahibsiz itlərin zərərsizləşdirilməsinə məsul qurum olan Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti ilə əlaqə saxlamaq istəsək də, suallarımıza cavab verən olmadı.
Son olaraq onu demək istəyirik ki, bu mövzu yalnız bədbəxt hadisə baş verən zaman gündəmə gəlməməlidir. Buna cavabdeh olan şəxslər yalnız vəzifə öhdəliyini deyil, həm də vətəndaş, insan olaraq da mövqelərini ortaya qoymalıdırlar. Çünki kimliyindən asılı olmayaraq hər kəsin balası quduzlaşmış itin caynağına keçə bilər...
Afaq Mirayiq

Quduzluq zoonoz infeksiyadır və onun virusunun əsas rezervuarı ət yeyən heyvanlar: tülkülər, çaqqallar, canavarlar (təbii epizootiyalar) və həmçinin ev heyvanları: itlər, pişiklər (şəhər epizootiyaları) sayılırlar. Əvvələr xəstəlik vəhşi heyvanlarda daha çox müşahidə edildiyinə görə, buna «meşə quduzluğu» adı verilib. Sonralar xəstəlik şəhərlərdə də qeydə alınıbr. Hal-hazırda Avstraliya və Havay adaları müstəsna olmaqla, xəstəliyə dünyanın bütün ölkələrində təsadüf edilir. Xəstəliyə daha çox it ailəsinə mənsub olan vəhşi heyvanlar (tülkü, canavar, çaqqal), yarasalar, gəmiricilər və pişiklər həssaslıq göstərir. Körpə heyvanlar yaşlılara nisbətən quduzluq virusuna daha çox həssasdır.
Quduzluq virusu üçün xarakterik xüsusiyyət mərkəzi sinir sisteminə yüksək və visseral orqanlara isə zəif tropizmidir. Virus xəstə heyvanların qanı və sidiyində olmur, yalnız ağızsuyu ilə xarici mühitə ifraz edilir. Ona görə də heyvanların yoluxması dişləmə ilə baş verir.