Almanların 75%-i orduya inanmır
    • 19-03-2024, 18:30
    • 225

Almanların 75%-i orduya inanmır

“Focus” jurnalı üçün keçirilən ümummilli sorğu nəticəsində məlum olub ki, alman xalqı ölkəni müdafiə etmək üçün orduya etibar etmir.

News24.az xəbər verir ki, 5 min 13 adamla aparılan araşdırmaya görə, alman ordusuna güvənənlərin nisbəti yalnız 10%-dur.

Hətta qərarsız insanların nisbəti özünə güvənənlərdən daha yüksəkdir. Orduya etibar edib-etməyəcəyinə qərar verməyənlərin nisbəti 15% idi.

Respondentlərin böyük əksəriyyəti ordunun Almaniyanı müdafiə etmək qabiliyyətinə malik olduğuna inanmır.

Qeyd edək ki, Almanların 75 faizi hesab edir ki, Bundesver ölkəni müdafiə edə bilməz.

Günel Məlikzadə