Seçkilərdə səsləri sayarkən ÖLƏNLƏRİN SAYI ARTDI
    • 24-04-2019, 16:48
    • 847

Seçkilərdə səsləri sayarkən ÖLƏNLƏRİN SAYI ARTDI

İndoneziyadakı seçkilər zamanı ölənlərin sayı artmaqdadır.

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, 24 saatlıq iş rejimi ilə çalışan və səsləri sayarkən yorğunluqdan ölən seçki komisiyasının üzvlərinin sayı 139 nəfərə çatıb. 500 nəfər isə xəstəxanada müalicə alır. 

Siyasi, Ədliyyə və Milli Təhlükəsizlik naziri Viranto səs sayımının davam etdiyini və seçkilərə 7 milyon işçinin cəlb olunduğunu açıqlayıb.

Qeyd edək ki, sözügedən seçkilər dünyanın ən böyük seçkiləri kimi tarixə düşüb. Vətəndaşlar prezidentdən əlavə parlamentə 20 min yerə namizədlik irəli sürən  240 min şəxsin arasından millət vəkili seçiblər.