ABŞ-da 45 mindən çox, İngiltərədə 18 min 100 ölü - KORONAVİRUS CAN ALIR
    • 22-04-2020, 18:23
    • 678

ABŞ-da 45 mindən çox, İngiltərədə 18 min 100 ölü - KORONAVİRUS CAN ALIR

Koronavirus can almağa davam edir. 

News24.az xarici KİV-ə istinadən xəbər verir ki, son rəqəmlərə görə, ABŞ-da 24 saat ərzində koronavirusdan ölənlərin sayı 2701 nəfər olub. Bununla da ölü sayı 45 min 75-ə  yüksəlib. 

Sutka ərzində ABŞ-da 37 min 346 nəfərin virusa yoluxması ilə ümumi yoluxmaların sayı 825 min 306-ya çatıb. 

İngiltərədə də ölüm sayı artmaqda davam edir. Ölkədə COVID-19 səbəbiylə ölənlərin sayı son 24 saatda 759 artaraq 18 min 100-ə çatıb.