"Stimul"un xəstənin ölümü ilə bağlı şübhəli susqunluğu - VİDEO
    • 19-03-2024, 19:47
    • 483

"Stimul"un xəstənin ölümü ilə bağlı şübhəli susqunluğu - VİDEO


Xəbər verdiyimiz kimi, Almaniyada yaşayan  jurnalist Fərahim İlqaroğlu anası Bahar Qasımovanın "İstanbul NS" klinikasında həkim səhlənkarlığının qurbanı olduğunu bildirib.

RTV xəbər verir ki, bu barədə jurnalist "Facebook"da yazıb.

O bildirib ki, ona əvvəlcədən müayinə edilmədən sistem köçürülüb. 

Nəticədə B. Qasımova vəfat edib.

RTV adıçəkilən klinikaya yollanıb, lakin orada hər hansı bir ölüm faktının olmadığı bildirilib. Klinikadan bildirilib ki, hadisə "Stimul Hospital"da baş verib. 

RTV-nin çəkiliş qrupu martın 18-də həkim səhlənkarlığı ucbatından vəfat edən Bahar Qasımovanın öldüyü "Stimul Hospital"da olub.

Xəstəxananın səlahiyyətli şəxsləri əvəzinə çəkiliş qrupumuzu mühafizə polisinin əməkdaşları qarşılayıb.

Daha ətraflı RTV-də