Ruhi Əliyeva: “Filmdə Azərbaycanla bağlı elə bir məqam olacaq ki...” - VİDEO
    • 24-04-2019, 20:07
    • 1 020

Ruhi Əliyeva: “Filmdə Azərbaycanla bağlı elə bir məqam olacaq ki...” - VİDEO

Tanınmış iş xanımı yenə izləyicilərini bir araya gətirdi

Tanınmış iş xanımı Ruhi Əliyeva yenə izləyicilərini bir araya gətirdi. Bu dəfə Tovuz qutabı, diyetik salatı, fəsəllisi və bir də təbii ki, səmimi söhbəti ilə.
Söhbət zamanı tanınmış iş xanımı   imza atdığı "Ağır romantik" filmi haqda bəzi məqamlardan da danışıb: “Boynumuza çox məsuliyyətli iş aldıq. Mən harda olsam da, Azərbaycanı fikirləşirəm. Orada Azərbaycanla bağlı elə bir fraqment salmışam ki... Bu məqamın nə olduğunu açıqlamayacam. Bircə onu deyim ki,  fikrimi hər kəs bəyəndi. Rejissor da dedi ki, ağlınıza belə bir şey gələcəyini təsəvvür eləməzdim. Mən də dedim ki, harda oluramsa-olum, gördüyüm hər işdən Azərbaycanın səsi gəlməlidir...”

R.Əliyeva onu da bildirib ki, filmin həm Türkiyədə, həm də Azərbaycanda təqdimatının düzənlənməsi nəzərdə tutulub: “Həm İstanbulda, həm də Bakıda filmin qala gecəsi olacaq. Çox gözəl bir işə qol qoymuşuq. Bu, iş təkcə mənim yox, hər birimizin uğurudur”.