Ruhi Əliyeva “Ağır Romantik”i Gəncədə izləyəcək- - VİDEO
    • 4-03-2020, 11:40
    • 1 832

Ruhi Əliyeva “Ağır Romantik”i Gəncədə izləyəcək- - VİDEO

İşgüzar xanım Ruhi Əliyevanın təşəbbüsü ilə “Liatris Yapım”ın ərsəyə gətirdiyi “Ağır Romantik” filminin 12 mart saat 19:00-da Gəncə şəhərində imza günü keçiriləcək.

News24.az xəbər verir ki, baş rollarını məşhur türk aktyorları Onur Tuna və aktrisa Tuvana Türkayın canlandırdığı filmin imza gününə iş xanımı Ruhi Əliyeva da qatılacaq. 

Eyni zamanda bu görüşdə tanınmış top stilist Anar Ağakişiyev və məşhur prodüsser-aparıcı Tarix Əliyev də iştirak edəcək.
Həmin gün R.Əliyeva filmi izləməyə gələnlərlə birgə filmi izləyəcək.