-
- 13-04-2019, 16:01
- 7 013
Azərbaycanlı iş xanımı Ruhi Əliyeva Türkiyənin kino sahəsində ilkə imza atdı - EKSKLÜZİV
Azərbaycanlı iş xanımı, "Liatris Holding"in rəhbəri Ruhi Əliyeva Türkiyədə yeni layihəyə imza atıb.
News24.az xəbər verir ki, iş həyatında daima uğurlu yeniliklər edən azərbaycanlı xanım, bu dəfə Türkiyənin kino industriyasında fəaliyyətə başlayır.
Hazırda Türkiyədə səfərdə olan Ruhi Əliyeva rəhbəri olduğu “Liatris Holding”in Türkiyədə də filialını açıb. Türkiyədə yenicə fəaliyyətə başlayan “Liatris Yapım” mütəmadi olaraq böyük film çəkilişləri həyata keçirəcək:
“Sözsüz, arzularım və məqsədlərim çoxdur. Azərbaycan adına daima uğurlu işlərə imza atmaq qürurvericidir. Qardaş ölkədə yeni açılan şirkət və uğurlu filmlərə imza atmaq da arzularım sırasında idi. Bu arzumun reallaşması üçün ilk addımı atdıq”.
Ruhi Əliyevanın rəhbərliyi ilə fəaliyyətə başlayan “Liatris Yapım”ın çəkəcəyi Türkiyədəki ilk film də artıq məlumdur. Türkiyənin tanınmış rejissoru Deniz Denizcilerin ekranlaşdıracağı "Ağır romantik" filmə rəhbərliyi məhz Ruhi Əliyeva edəcək. Çəkilişləri may ayında başlayacaq filmin baş rol ifaçılarının kimliyi hələlik sirr olaraq saxlanılır. Filmin aktyor heyətinin adları bu ayın sonunda açıqlanacaq.
Ruhi xanım açıqlamasında bildirib ki, filmin bu ilin sonuna qədər çəkilib, tam hazır olması və dekabr ayında nümayişə girməsi planlaşdırılır. Film təkcə Azərbaycan və Türkiyədə deyil, eləcə də Avropanın bir neçə ölkəsində təqdim ediləcək.
Növbəti ildə isə “Liatris Yapım” tərəfindən Türkiyədə daha bir neçə filmin çəkilişi gözlənilir.
Ülkər QASIMOVA